Stend atıcılığında daha üç medal - III MDB Oyunları

ESTAFET/ Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar davam edib.

Yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.

Kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb, qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub. Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.

Müəllif: Natiq NƏSİROV