Bakıda “POOL-9” üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan İdman və Gənclər Nazirliyinin və Azərbaycan Bilyard Federasiyasının dəstəyi ilə BİLYARD İDMAN NÖVÜNÜN “POOL-9” İNTİZAMI ÜZRƏ ÖLKƏ ÇEMPİONATI 11-13 may tarixlərində baş tutacaq.

Bu il mayın 11-dən mayın 13-dək Legend bilyard klubunda çoxdan gözlənilən “POOL-9” bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək.

Üç gün ərzində tamaşaçılar çempion adı uğrunda mübarizə aparan Azərbaycanın ən yaxşı bilyardçılarının məharətindən və peşəkarlığından həzz ala biləcəklər.

Təşkilatçılar bütün bilyard və idman həvəskarlarını iştirakçıları dəstəkləməyə və yarışın ab-havasından həzz almağa dəvət edir. Tamaşaçılar üçün giriş pulsuzdur.

Bu unikal idman tədbirinin bir hissəsi olmaq və “POOL-9” top bilyard üzrə Azərbaycan çempionatında bilyard yarışlarının ən gözəl anlarını görmək fürsətini qaçırmayın!

Müəllif: Bəhruz MƏMMƏDOV