Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətlə Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Müəllif: Bəhruz MƏMMƏDOV