Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci yeri tutub

Milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Açıq Mərkəzi Asiya çempionatında iştirak edir.

Yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada uğurlu nəticə ilə yadda qalıb.

Atletimiz 7.46 metr göstərici ilə 2-ci yeri tutub. Bu növdə Kəsgin Abbaszadə 4-cü olub. 100 metr məsafəyə qaçışda Əlhəm Nağıyev 7-ci nəticə göstərib.

Müəllif: Bəhruz MƏMMƏDOV