Yığmamız yarışdakı ilk matçında məğlub olub

Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. 1-ci turun qarşılaşmalarını Bakıda keçirən komandamızın rəqibi Rumıniya millisi olub.

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıb və təşəbbüsü sonadək qoruya bilib. Beləliklə, yığmamız yarışdakı ilk matçında 3:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın növbəti oyunu mayın 19-da Ukraynaya yığmasına qarşı olacaq. Sabah isə eyni məkanda Rumıniya və Ukrayna milliləri qarşılaşacaqlar.

Qızıl Avropa Liqası

I tur

Kişilər (GİN-in Voleybol Mərkəzi)

17 may

Azərbaycan - Rumıniya 0:3 (16:25, 16:25, 19:25)

18 may

18:00 Ukrayna - Rumıniya

19 may

18:00 Azərbaycan- Ukrayna

Müəllif: Bəhruz MƏMMƏDOV