Anna Skidan Norveçdə qızıl medal qazanıb

Norveçin Bergen şəhərində keçirilən Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında ölkəmizi təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb. Atletimiz çəkic atma yarışında 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Xatırladaq ki, bir neçə gün öncə Anna Skidan Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV