Gənc avarçəkənlərimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız, iyunun 1-3-də Qazaxıstanın Uralsk şəhərində təşkil olunacaq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər. Məşqçi Larisa Axundovanın rəhbərliyi altında yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə mübarizə aparacaq.

Mayın 30-da Qazaxıstana yola düşən komandamızı, Uralsk hava limanında Qazaxıstan Avarçəkmə Federasiyasının nümayəndələri qarşılayıb. Yarışın məqsədi, gənc avarçəkənlərin təcrübə qazanması və beynəlxalq səviyyədə mübarizə apararaq bacarıqlarını inkişaf etdirmələridir.

Komandamıza uğurlar arzulayır və onların ölkəmizi layiqincə təmsil edəcəyinə inanırıq.

Müəllif: Bəhruz MƏMMƏDOV