Şahmat Federasiyasından uşaqlara bayram sevinci yaşatdı

Azərbaycan Şahmat Federasiyası 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə 3 saylı Uşaq evini ziyarət edib.

Uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibətiylə təbrik edib.

Azərbaycan Şahmat Federasiyası adından balacalara şahmat dəstləri eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

Müəllif: Natiq NƏSİROV