AZƏRBAYCAN - ALMANİYA: 3-CÜ OYUN

ESTAFET/ Xəbər verdiyimiz kimi, Almaniyanın şahmat üzrə qadınlardan ibarət yığma komandası ölkəmizdə təlim-məşq toplanışındadır. Federasiyalar arasında əldə olunan razılaşmaya əsasən təlim-məşq toplanışı çərçivəsində hər komandanın tərkibində 5 nəfər olmaqla və hər bir şahmatçının bir-birilə görüşməsi ilə 5 yoldaşlıq oyunu keçiriləcək.

 

Bu gün komandalar arasında üçüncü oyun keçirilib. Komandamız 3:2 hesablı qələbə ilə yenidən ümumi hesabda önə keçib - 2:1. Qeyd edək ki, ilk oyun yığmamızın 4:1, ikinci oyun isə almanların 3,5:1,5 hesablı qələbələri ilə yekunlaşmışdı.

 

AZƏRBAYCAN - ALMANİYA 3:2

 

Gülnar Məmmədova (2357) - Fiona Siber (2277) 1:0

Ülviyyə Fətəliyeva (2323) - Elizabet Peytz (2469) 1:0

Xanım Balacayeva (2282) - Yelena Levuşkina (2311) 1:0

Zeynəb Məmmədyarova (2277) - Sara Hult (2449)  0:1

Nərmin Xələfova (2239) - Josefin Heyneman (2284) 0:1

 

Qeyd: Adları tünd rənglə verilən şahmatçılar qara fiqurlarla oynayıblar.