Bölgə stadionu FIFA-dan sertifikat aldı

ESTAFET/ Tovuz şəhər stadionunda quraşdırılmış süni örtük FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb.

FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Müəllif: Məsim MƏSİMZADƏ