Avarçəkənimiz Bəhmən Nəsiri “BRİCS” oyunlarında bürünc medal qazanıb
ESTAFET/ Tatarıstanın paytaxtı Kazanda təşkil edilən beynəlxalq “BRİCS” idman oyunlarında avarçəkənimiz Bəhmən Nəsiri bürünc medal qazanıb. Təsnifat mərhələsində uğurlu çıxış edən avarçəkənimiz A finalına vəsiqəni təmin edib. Həlledici yürüşdə Bəhmən Nəsiri finiş xəttini 3-cü keçərək bürünc medala sahib olub.