ADPU tələbəsi Tələbələrin Avropa Universitet Oyunlarında bürünc medal qazanıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin II tədris ilinin tələbəsi, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdman Klubunun rəhbəri Fatimə Cəbrayılova iyulun 17-də Macarıstanın Mişkolts şəhərində keçirilən Tələbələrin Avropa Universiteti Oyunları çərçivəsində karate üzrə qadınların komanda yarışlarında Azərbaycanı təmsil edib. III yerə çıxan komandanın üzvləri Oyunların bürünc medalına layiq görülüblər.