PƏRVİZ DƏ MUNDİALLA VİDALAŞDI, MƏCİDOV 1/4-DƏ: DÇ-2017

ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzər Dünya çempionatı start götürüb. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.

 

Bu gün mundialda 4-cü döyüş günü idi və boksçularımızıdan Pərviz Bağırov rinqə çıxıb. Təəssüf ki günorta seansında monqol boksçu Tuvşinbat Myamba ilə görüşən Pərviz heç nə ilə yadda qalmayıb və hakimlər qələbəni rəqibə veriblər - 1:4.

 

Axşam seansında rinqə çıxan ağırçəkili boksçumuz Məhəmmədrəsul Məcidov ikinci döyüşünü də qələbə ilə başa vuraraq, adını 1/4 final mərhələsinə yazdırıb. Burada onun rəqibi fransız Camiliddin Abudu-Moindze olacaq. 

 

Bununla da artıq 2 boksçumuz çıxışını dayandırıb. Pərvizdən əvvəl Lorenso Sotomayor da eyni aqibəti yaşamışdı.