“Qarabağ” və “Kəpəz”in futbolçuları “Səbail”ə keçib

“Səbail” komandası heyətini iki yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Vüsal Məsimov və Nihat Quliyevi transfer edib. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalayıb.

V.Məsimov “Kəpəz”dən, N.Quliyev isə “Qarabağ”dan transfer olunub.

Müəllif: Orxan NOVRUZOV