AVF Rəhbərliyi "Murov Az Terminal" voleybol klubunun təlim-məşq bazasını ziyarət edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında olublar. Bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə görüşüblər.

“Murov Az Terminal” klubunun prezidenti Cavid Kərimov qonaqlara burada yaradılmış şərait barədə ətraflı məlumat verib. Daha sonra federasiya prezidenti Şahin Bağırov “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.

Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV