Anna Skidan Paris Olimpiadasında çəkicatma finalına yüksəldi

Paris Yay Olimpiya Oyunlarında atletika yarışlarında ölkəmizi təmsil edən Anna Skidan çəkicatma növündə mübarizəyə qoşulub. Təsnifat mərhələsində ilk iki cəhdində 69.58 və 69.04 metr nəticə əldə edən atletimiz, 3-cü cəhdində daha uğurlu çıxış edərək 72.55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna Skidan, A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV