Əli Vəliyev: "Növbəti yarışlarda qızıl medal qazanmağa çalışacağam"

Fransanın Limoj şəhərində keçirilən Dünya Paraüzgüçülük Seriyasında 50 metr məsafədə sərbəst üsulda gümüş medal qazanan idmançımızın fikirlərini diqqətinizə çatdırırıq:
"Bu, mənim beynəlxalq yarışlarda ilk medalım idi. Qızıl medal da qazana bilərdim. Çox az bir fərq var idi. Növbəti yarışlarda qızıl medal qazanmağa çalışacağam. Mənim üçün uğurlu yarış oldu. 50 və 100 metr məsafədə sərbəst üsulda şəxsi rekodumu yenilədim".
