Formula 1 Bakı yarışının hazırlıqlarına görə yolun bu hissəsi bağlı olacaq

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində yollarda quraşdırma işləri sürətlə davam edir. Bu gün körpü quraşdırma işləri səbəbi ilə  22 avqust saat 23:59-dan 23 avqust saat 05:45-ə qədər Neftçilər prospekti bağlanacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Müəllif: Natiq NƏSİROV