Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı barədə paylaşım edib

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı Yaylagül Ramazanova barədə paylaşım edib.

“Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova Paris 2024-də limitləri yenidən müəyyənləşdirdi”.
(Heart of a champion, strength of a mother. Yaylagul Ramazanova redefined limits at Paris 2024)

Qeyd edək ki, ana olmağa hazırlaşan idmançımızın Olimpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri Yaylagül Ramazanovanın bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.

https://www.facebook.com/share/r/5CXSnFp83Y1SHbTL/?mibextid=WC7FNe

Müəllif: Bəhruz MƏMMƏDOV