Kamandan Oxatma çempionatında həyəcanlı final: Yaylagül Ramazanova və Fatimə Hüseynli qarşılaşacaq

Bu gün Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının finalçıları müəyyənləşdi!

Sabah arenada çoxdan gözlənilən görüş baş tutacaq:

Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alan ilk azərbaycanlı Yaylagül Ramazanova finalda 17 yaşlı Fatimə Hüseynli ilə mübarizə aparacaq. Gənc idmançı parlaq nəticələr göstərib və titul uğrunda mübarizəyə hazırdır. Bu rəqabət çempionatın ən həyəcanlı anlarından biri olacağına işarə edir!

Qızıl medal uğrunda mübarizə sabah saat 10:00-da Avropa Oyunları Parkında başlayacaq.

Bu maraqlı finalı qaçırmayın!

Müəllif: Bəhruz MƏMMƏDOV