Badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıblar

Badmintonçularımız Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıb.

Mübarizəyə 1/16 finaldan başlayan Aqil-Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib. Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV