Daha bir badmintonçumuz Bakıdakı turnirdə mübarizəni dayandırdı

ESTAFET/ Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finalda mübarizəni dayandırıb.

Keişa yarımfinala yüksəlmək uğrunda keçirilən oyunda hindistanlı Anupama Upadhyayaya 0:2 (7-21, 18-21) hesabı ilə uduzub.

Daha əvvəl badmintonçumuz Edi Reski Dviçayo da "Azerbaijan International 2024" turnirinin 1/4 finalında mübarizəni dayandırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV