Boksçularımız Polşada beynəlxalq turnirdə 2 gümüş medal qazanıb

Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb. Yarışa qatılan Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla bitirib.

Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.

Müəllif: Bəhruz MƏMMƏDOV