Leyli Axundovanın Budapest Trophy yarışında uğurlu çıxışı

11-13 oktyabr tarixlərində fiqurlu konkisürmə üzrə yeniyetmə idmançımız Leyli Axundova Macarıstanın Budapeşt şəhərində  keçirilən "Budapest Trophy Challenger Series" yarışında iştirak edib.

Leyli Axundova qısa və sərbəst proqram üzrə çıxış edərək 25 idmançı arasında 112.11  xal toplayıb və yekun nəticədə 15-ci yerə sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV