"AZERRAIL" Qadın Komandası Avropa Kubokunda Türkiyə Rəqibi ilə Qarşılaşacaq

Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku”nda (Beach Volley European Cup) mübarizə aparan “AZERRAIL” klubunun qadın komandasının 1/4 finaldakı rəqibi bəlli olub. 

Qrup lideri olaraq 1/4 finala yüksələn xanımlarımızın rəqibi Türkiyə təmsilçisi “TVF Spor Lisesi Ihtisas Kulübü” olacaq. 

12 oktyabr 

Oyun günü

(Qadınlar)

13:15. “AZERRAIL” - “TVF Spor Lisesi Ihtisas Kulübü” (TUR)
14:00. “AZERRAIL” - “TVF Spor Lisesi Ihtisas Kulübü” (TUR)

(Oyunların başlanma saatı Fransa vaxtı ilə göstərilib)

Müəllif: Bəhruz MƏMMƏDOV