Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku” (Beach Volley European Cup) davam edir

Fransanın Montpellier şəhərində təşkil olunan yarışda ölkəmiz “AZERRAIL” (qadın və kişi) klubu ilə təmsil olunur.

Oktyabrın 13-dək davam edəcək turnirin ilk gününü qələbə ilə başa vuran “AZERRAIL”in qadın və kişi komandaları bu gün daha bir neçə görüş keçirəcəklər. A qrupunda yer alan xanımlarımız və bəylərimiz bu gün Sloveniyanın “BVC Ludus” komandası ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, “Avropa Kuboku”nda (Beach Volley European Cup) həm xanımların, həm də kişilərin yarışında 16 komanda 4 qrupda mübarizə aparır.

Qadınlar:

“AZERRAIL” (AZE), “Bergstrand Beachvolleyball” (AUT), “Voley Playa Madrid” (ESP), “BVC Ludus” (SLO)

“Beachvolejbalova skola Praha” (CZE), “C.S.U A.S.E Bucaresti” (ROU), “Beach Volley Toulousain” (FRA), “CV Majadahonda Madrid” (ESP)

 “TVF Spor Lisesi Ihtisas Kulübü” (TUR), “Sunrise Beach Spor Academy” (UKR), “Bordeaux Beach Chillers” (FRA), “Deep Dish Bournemouth” (ENG)

“Edra Tata” (HUN), “08 Beachvolley Club-Stockholm” (SWE), “Beach Volley Training” (ITA), “Oxyklinika” (LTU)

Kişilər:

“AZERRAIL” (AZE), “Beachbol La Malva Valencia” (ESP), “BVC Ludus” (SLO), “Re Beach Club” (FRA)

“Beachclub Strahov” (CZE), “Sunrise Beach Sports Academy” (UKR), “TVF Spor Lisesi Ihtisas Kulübü” (TUR), “CVP Poniente Benidorm Alicante” (ESP)

“Beach Volley Training” (ITA), “C.S.U Stiinta Politehnica Bucaresti” (ROU), “Aloha Beachvolleyball Club Wörthersee” (AUT), “4 Sports Club Athens” (GRE)

“SRSE Budapest” (HUN), “Slow Down BeachVolley Club Åhus” (SWE), “Montpellier Beach Volley” (FRA), “Fireball North Devon” (ENG)

10 oktyabr (nəticələr)

Qadınlar

 “AZERRAIL” - “Bergstrand Beachvolleyball” (AUT) 2:0 (21:17; 21:10)

“Bergstrand Beachvolleyball” (AUT) - “AZERRAIL” 0:2 (07:21, 16:21)

Kişilər

“AZERRAIL” - “Re Beach Club” (FRA) 2:1 (26:28; 22:20; 15:08)

“AZERRAIL” - “Re Beach Club” (FRA) 2:1 (18:21; 21:17; 15:10)

Oyun günü

11 oktyabr

(Qadınlar)

12:00.  “AZERRAIL” - “BVC Ludus” (SLO)

12:45. “AZERRAIL” - “BVC Ludus” (SLO)

(Kişilər)

18:30. “AZERRAIL” - “BVC Ludus” (SLO)

19:15. “AZERRAIL” - “BVC Ludus” (SLO

(Oyunların başlanma saatı Fransa vaxtı ilə göstərilib)

Müəllif: Bəhruz MƏMMƏDOV