BDU tələbəsi Yaqub Əliyev ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

23-27 oktyabr tarixlərində İspaniyanın Valensiya şəhərində keçiriləcək 2024 FIA Avtoidman Oyunlarında (FIA Motorsport Games 2024 ) Azərbaycan ilk dəfə iştirak edəcək. Yarışda ölkəni Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Yaqub Əliyev “Esports GT” kateqoriyasında təmsil edəcək.

Pilot Azərbaycan Avtomobil Federasiyasının ( AAF ) dəstəyi ilə yarışda təmsil olunacaq.

Onun yarış avtomobili “Mercedes-AMG EVO GT3” olacaq. BDU tələbəsi ölkəmizi 11 nömrəli bolidlə təmsil edəcək.

20 yaşlı Yaqub Əliyev dəfələrlə ölkəmizi beynəlxalq “Esport GT” yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.

Yarışdan canlı yayımlar FIA Avtoidman Oyunlarının “YouTube” kanalında yayımlanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV