Stronqmençilərimizdən Avropa çempionatında uğurlu çıxış

Oktyabrın 13-də İspaniya Krallığının Madrid şəhərində keçirilən "Arnold Classic Europe 2024" idman festivalı çərçivəsində keçirilən Avropa çempionatında Azərbaycan Strongmen federasiyası Ölkəmizi uğurla təmsil etmişıdir.Güc İdman Növləri üzrə keçirilən bu festivalda Azərbaycan Ölkə olaraq Dünyaya bir daha səs saldı. Beləki  16 nəfər heyətlə Madridə yollanan komanda müxtəlif idman növləri və çəki kateqoriyalarında hər biri medal qazanmışdır. Başda Strongmen federasiyasının rəhbəri dəfələrlə Dünya və Avropa çempionu  Bəxtiyar Quliyev öz idman koryerasında 1 pillə daha yüksəldi. Beləki o, qeyd olunan yarışda Master divizyonunda, 100 kg çəki dərəcəsində "Deadlift" (yerdən dartma) hərəkəti üzrə 302.5 kg çəkinin öhdəsindən asanliqla gəlib yeni Dünya Rekorduna öz imzasını ataraq , Qızıl medalın sahibi olmuşdur.

Vuqar Namazov Open və Master divizyonunda 140+ kg çəki dərəcəsində "Deadlift" hərəkəti üzrə 343kg çəkini ram edərək 1-ci yerə çıxmaqla yanaşı Dünya rekordunu da yenilədi.

Cəlil Əliyev Open divizyonunda 110 kg çəki dərəcəsində "Strict Curl" hərəkəti üzrə 1-ci yerə çıxaraq Qızıl medalın sahibi olmuşdur.

Sadiq MusayevOpen divizyonunda 90 kg çəki dərəcəsində "Strict Curl" hərəkəti üzrə 2-ci yerə çıxaraq Gümüş medalın sahibi olmuşdur.

Akşin İsmayılov Open divizyonunda 82.5 kg çəki dərəcəsində "Bench Press" hərəkəti üzrə 2-ci yerə çıxaraq Gümüş medalın sahibi olmuşdur.

Strict curl idman növü üzrə yığma komandamızın üzvü Əziz Şükürov gənclər arasına 56 kg çəki kateqoriyasına fəxri kürsünün 1-ci pilləsində yer almışdır.

Namiq Cəfərov 82.5kg çəki dərərcəsində Strict Curl üzrə yüksək nəticə göstərərək Master`də 1-cilik qazandı və Open`də 2-ci yerə çıxmış həmin kateqoriyanın mütləq çempionu olmuşdur.

Nicat Hüseynov Strongmen üzrə 110kg çəki dərəcəsində Ayrı-ayrı hərəkətlərdə 3 gümüş, 1 qızıl medal qazanmaqla avropa 2-cisi olmuşdur.

Strict Curl üzrə Abbasov Zaur-100kg Open kateqoriyasında 1-ci yerə çıxmışdır “Deadlift” üzrə Mehdi Hacızadə yüksək nəticə göstərərək Gənclər Divizyonunda 1-ci yerə çıxmışdır.

Strict Curl üzrə Babazadə Özcan Oprn kateqoriyasında 1-cilik qazanmışdı Strict Curl üzrə Fəridə Paşayeva yüksək nəticə göstərərək Mütləq Çempion oldu.Eyni zamanda 1-ci yer (Open) və 1-ci yer (Master) kateqoriyalarında qalib olmuşdur.

Strongmen üzrə Turqay Qəribli ən yüksək nəticə göstərərək Mütləq Çempionluğu qazandı və Avropa Çempionu oldu. Eyni zamanda ayrı-ayrı hərəkətlərdən 3 qızıl medal qazanmışdır
İlkin Namazov gənclər arasında 140 kg çəki dərəcəsində "deadlift" hərəkəti üzrə 1-ci yerə çıxaraq Qızıl medalın sahibi olmuşdur.

Vuqar Namazov Open və Master divizyonunda 140+ kg çəki dərəcəsində "Deadlift" hərəkəti üzrə 343kg çəkini ram edərək 1-ci yerə çıxmaqla yanaşı Dünya rekordunu da yenilədi.

Müəllif: Bəhruz MƏMMƏDOV