Yeniyetmə paralimpiyaçılarımız Gimnaziadada mübarizə aparacaq

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək. 7 gün davam edəcək multi-idman yarışında yeniyetmə paralimpiyaçılarımız da mübarizə aparacaqlar.

Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmə paraüzgüçülərimiz və paracüdoçularımız təmsil edəcəklər.

Paraüzgüçülərimizdən Əli Vəliyev və Nurcan Rüstəmli, paracüdoçularımızdan isə Tahir Əlizadə (60 kq), Ömər Qurbanov (61 kq), Elxan Nəbizadə (66 kq), Hüseyn İsmayılzadə (64 kq), İlham Əzizzadə (82 kq), Elnarə Nizamlı (56 kq), İlahə Əzizzadə (65 kq) və Nurlana Məmmədova (72 kq) Gimnaziadada iştirak edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV