Fərid Qayıbov Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib

Noyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Füzuli, Xocavənd və Beyləqan rayon sakinlərini qəbul edib.

Qəbuldan öncə Fərid Qayıbov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Beyləqan Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Bəhruz MƏMMƏDOV