2024 VƏ 2028 OLİMPİADALARININ EV SAHİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

ESTAFET/ 2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsi bu barədə rəsmi qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.


Qərara əsasən 2024-cü ildə Olimpiadanı Fransa paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.


Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.