Gənc badmintonçularımızdan tarixi nəticə!

Gənc badmintonçularımız İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə fərqləniblər.
Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək qız badmintonçuların beynəlxalq turnirində qoşa yarışda qızıl medala layiq görülüb. Mübarizəyə 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.
Ülvi Hüseynov - Əmirxan İmanov qoşası isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.
