"Azərbaycan futbolunda "Xəzər-Lənkəran"ın yoxluğu çox görünür" - Kamran Ağayev - VİDEO

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev  İdman TV-də yayımlanan "SportCast" verilişində "Xəzər-Lənkəran" haqqında danışıb.

O, "Xəzər-Lənkəran" üçün darıxdığını bildirib.

"Adam "Xəzər-Lənkəran üçün darıxır. İnşallah, Allah nəsib eləyər ki, "Xəzər-Lənkəran" qayıdar, biz də gedib oturub orda futbola baxarıq. O azarkeş, o ajiotaj yenidən gəlsə Azərbaycan futbolu inkişafa doğru gedər".

Sabiq qapıçı ən zövq aldığı illərinin Lənkəran təmsilçisində oyandığı illərdə olduğunu bildirib.

"Tamam başqa ab-hava var idi orada. Mən özüm də kluba tam başqa cür bağlı idim. Orada oynadığım dönəmlərdə çox təkliflər gəlsə də qərarlar verməmişəm. Çünki çox bağlı idim o kluba. Elə fikirləşirdim ki, karyeramı "Xəzər-Lənkəran"da bitirəcəyəm. Amma idman həyatı vəfasız bir şeydir.”

Müəllif: Bəhruz MƏMMƏDOV