Deflimpiya Komitəsi və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB arasında Memorandum imzalanıb

21 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.
