GİMNASTIMIZ PORTUQALİYADAN QIZIL GƏTİRİR

Portuqaliyanın Anadiya şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Gimnastika Federasiyasından verilən məlumata görə, 23-26 iyun tarixlərində keçirilən “Challenge” seriyasına aid yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Azərbaycanı Rio-2016-da təmsil edəcək Oleq Stepko sevimli aləti olan paralel qollarda qızıl medala layiq görülüb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.

 

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.

 

Onunla birgə paralel qollarda finala vəsiqə qazanan digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.