Aston Martin rəng çalarını təqdim edib

ESTAFET/ Aston Martin komandası Londonda O2 Arenada keçirilən F1 75 tədbirində 2025-ci il maşınının rəng çalarını təqdim edib.

“Yaşıllar” tədbirdə təqdimatı rəqiblərindən fərqli ediblər. Onlar təqdimatda Ceyms Bond temasından istifadə ediblər.

Rəng çalarına gəldikdə isə bolid Britaniya Yarış Yaşılı rəngini qoruyub. Saydpodda isə qara və sarı rənglərə yer verilib.

Aston Martin komandası keçənilki heyətini qoruyan iki kollektivdən biridir. Lakin britaniyalılar texniki heyətə aerodinamikanın atası olan Ədrian Nyuini gətiriblər.

Kokpit.az

Müəllif: Natiq NƏSİROV