Mercedes rəng çalarını təqdim edib

ESTAFET/ Mercedes komandası Londonda O2 Arenada keçirilən F1 75 tədbirində 2025-ci il bolidinin rəng çalarınş təqdim edib.
“Gümüşü oxlar” keçənilki rəng çalarına sadiq qalıb. Gümüşü, qara və Petronas yaşılı çalarını qoruyan almanlar kokpitin üzərindəki qoruma həlqəsindən İNEOS yazısını götürüblər və oranı gümüşü rəngə boyayıblar.
Komandada yeganə dəyişiklik bu deyil. 2013-cü ildən Mercedes-də çıxış edən və burada 6 Dünya Çempionluğu qazanan Lyuis Həmilton 2024-cü ilin sonunda “gümüşü oxlar”ın sıralarını tərk edib. Onu gənc Kimi Antonelli əvəz edəcək.
Kokpit.az
