“Liverpul” yayda iki nəhəng transfer gerçəkləşdirə bilər

ESTAFET/ “Liverpul” qarşıdakı yay transfer pəncərəsində iki nəhəng transfer gerçəkləşdirə bilər.
“Qırmızılar” “Nyukasl”ın 25 yaşlı isveçli mərkəz hücumçusu Aleksander İsakı və “Bornmut”un 19 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Din Höyseni (Höysen) satın almaq niyyətindədirlər.
“Liverpul” bu iki keçidə ümumilikdə 200 milyon avro məbləğində xərc çəkməyi düşünür.
