"Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək": Berezutski

ESTAFET/ "Sabah"ın baş məşqçisi Vasili Berezutski futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri cavab oyununu şərh edib.
O, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm. Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. "Neftçi" sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq. Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək”.
