“Naxçıvan” amerikalı basketbolçusu ilə yollarını ayırdı

ESTAFET/ "Naxçıvan" basketbolçusu Cermeyn Marrou ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Basketbolçu ötən ilin sentyabrında "Naxçıvan"a keçib.
