Üç dövrədən sonra "A" və "B" qruplarına region klubları başçılıq edir

1 mart Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun son oyunu ilə 3-cü dövrəyə yekun vurulub.

Şəki Olimpiya İdman Kompleksində yerli komanda "Lənkəran"ı qəbul edib. Oyun "B" qrupunun güclü klublarından sayılan "Şəki"nin 81-75 hesablı qələbəsi ilə bitib. Geridə qalmış 15 turdan sonra  "A" qrupuna "Naxçıvan", "B" qrupuna isə "Gəncə" klubu liderlik edir.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü sonuncu dövrəyə 3 martdan etibarən start veriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ