Liderdən növbəti qələbə

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun daha bir oyunu keçirilib.

Turnir cədvəlinin lideri olan “Murov Az Terminal” növbəti qələbəsini qazanıb.

Komanda "Gənclər"i məğlub edib - 3:0 (25:10, 25:19, 25:17).

Ötən gün turun açılış qarşılaşmasında "Neftçi" MOİK-dən üstün olub - 3:0.

Müəllif: Bəhruz MƏMMƏDOV