KARATEÇİLƏR İSVEÇRƏDƏ 18 MEDAL QAZANDILAR

ESTAFET/ Mili komandanın üzvləri İsveçrədə mötəbər turnirdə 18 medala sahib olubar. Mükafatlardan 9 qızıl, 5 gümüş, 4 isə bürüncdür.


Bazeldə üç kateqoriya üzrə keçirilən 8-ci "Basel Open Masters" turnirinin fərdi yarışlarında Rafael Ağayev (75 kq), Şahin Atamov (+84 kq) və Roman Heydərov (kata), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) çempion olub. Firdovsi Fərzəliyev (60 kq), Nuranə Əliyeva (50 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci, Novruz Əliyev (75 kq) və Ayxan Mamayev (84 kq) isə üçüncü pilləni tutub.


Açıq turnirdə Asiman Qurbanlı ilə F.Əliyeva birinci, Ayxan Mamayev ikinci yeri tutub. Sonda yarışın mükafatçıları arasında "Masters" turirində isə Rafael Ağayevlə İrina Zaretska qızıl medal, Ayxan Mamayev gümüş, Asiman Qurbanlı və Fəridə Əliyeva isə bürünc mükafat qazanıb.


Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində uğurla çıxış edən idmançılarımız oradan birbaşa həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 A seriyası turnirinə yollanacaq.