Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Qan ver, həyat xilas et!” aksiyası baş tutdu

Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində martın 3-də “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Gənclər və İdman Nazirliyinin kollektivi, idmançılar, məşqçilər, tələbələr iştirak ediblər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.
