Azərbaycan İdman Akademiyası və Qazaxıstanın Qızıl Orda Korkut Ata Universiteti əməkdaşlığa başladı

Azərbaycan İdman Akademiyasında Qazaxıstanın Qızıl Orda Korkut Ata Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.

Görüşdə Akademiya rəhbərliyi və Qazaxıstanın Qızıl Orda Korkut Ata Universitetinin rektoru Beibitkul Kərimova, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Mainura Buribayeva və layihə mütəxəssisi Jandos Orazmaxan iştirak ediblər. İclasda Azərbaycan İdman Akademiyası və Qızıl Orda Korkut Ata Universiteti ilə əlaqələrin möhkəmləndirilməsi, gələcək yeni əməkdaşlıqların və layihələrin yaradılması, ikili diplom, birgə kurs və treninq layihələri, tədqiqat əməkdaşlıqları, ixtisasartırma proqramlarının təşkili müzakirə edilib.

Nəticədə, Azərbaycan İdman Akademiyası və Qızıl Orda Korkut Ata Universiteti arasında əməkdaşlığa dair müqavilələri imzalanıb.

Sonda rəhbərlik və nümayəndə heyəti ilə xatirə şəkli çəkilib.

Müəllif: Bəhruz MƏMMƏDOV