Nazirlik əməkdaşları badminton yarışında güclərini sınadılar

“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir. Martın 4-də Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında badminton yarışı keçirilib.

“Volan” badminton klubunda təşkil olunan, maraqlı və əyləncəli keçən yarışın sonunda qadınlar arasında Nərmin Əhmədova (İctimaiyyətlə əlaqələr şöbəsi) birinci olub. İlahə Çələbiyevə və Aysu Kərimzadə (hər ikisi İdman şöbəsi) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Mikayıl Novruzov, Hüseyn Quliyev, Rəşad Rəsulov (hər üçü İdman şöbəsi) fərqləniblər. Qaliblərə nazirliyin medal və diplomu təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV