3x3 basketbol üzrə qadın millimiz ölkəmizi Avropa Kuboku 2025-də təmsil edəcək

3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə 21-18 hesabı ilə qalib gəlib və Avropa Kubokunun (2025) final mərhələsində iştirak etmək hüququ qazanıb.
Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutacaq.
