Hakimlərimiz beynəlxalq təyinat alıblar

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

Hakimlərimiz AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər. Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV