Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində XIV turun üç qarşılaşması baş tutub.
Günün ilk oyununda “AZERRAIL” 3:0 hesabı ilə MOİK komandasına qalib gəlib.
Daha sonra “Murov Az Terminal” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə “Murov Az Terminal”komandasına qalib gəlib.
Turun son oyunu isə "Neftçi" və "Gənclər" komandaları arasında olub. “Neftçi” gənclərdən təşkil olunmuş rəqibinin ciddi müqaviməti ilə üzləşməsinə baxmayaraq, meydandan 3:1 hesabı ilə qalib ayrılıb.
Oyunların nəticələri
Yüksək Liqa
5 mart
XIV tur
MOİK - “AZERRAIL” 0:3 (19:25, 11:25, 19:25)
“Murov Az Terminal” - “Xilasedici” 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)
“Neftçi” - “Gənclər” 3:1 (25:18, 25:15, 23:25, 25:22)
