“İdman həftəsi” davam edir: Stolüstü tennis yarışları maraq doğurdu

“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş müxtəlif silsilə tədbirlər davam edir. Martın 6-da tələbələr arasında stolüstü tennis yarışına start verilib.

Gənclər və İdman Nazirliyi, Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində keçirilən yarışda 12 oğlan, 7 qız komanda mübarizə aparır. Sabah keçiriləcək final yarışından sonra qaliblər müəyyənləşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV